Maralım

Nə olar aşiqinin qədrini bil sən, maralım.
Amandı, gəl qəmlənmə, bir ürəkdən gül, maralım.

Mələklərə bacısan, göylər sənin məskənindi.
İnsaf et, göz yaşımı, əllərinlə sil, maralım.

Dərdimin dərmanısan, nNazına dözmək olmur,
Ətrini səndən alıb, yazda açan gül, maralım.

Görənlər heyran olur, sənin o gül camalına.
Ömrün təzə-tər qalacaq, ötsə də yüz il, maralım.

Zaman verir hökmünü, insanlar sevib-sevilir,
Ən zərif ilahəsən, necə çəkim əl, maralım?

Necə incə ürəyin var, sən layiqsən məhəbbətə.
Söz qoşur camalına, səğmə deyir dil, maralım.

Əli Vəkil doymayır, gülüşündən, baxışından,
Nə olar, sən görüşə yubanma, tez gəl, maralım.

11 may 2002