İlk görüşdə mən bu axşam,
Ürəyinə toxunmuşam.
Zənn etmə ki, qəlbi daşam,
Ay tərlanım, pərim mənim!
Məhəbbətin günəşisən,
Sevimli dilbərim mənim!
Dayanmısan ürkək-ürkək,
Gözlərimdə huri-mələk,
Həsrətinə dözmür ürək,
Ay dilbərim, ay süsənim,
Al yanaqlı qəlbi kövrək,
Şıltağım, küsənim mənim!
Ay üzündür sökülən dan,
Sevən qəlbdir oda yanan.
Bağışla, keç günahımdan,
Ay şıltağım, hurim mənim,
Qoy qovuşsun ulduzumuz,
Ay dəymədüşərim mənim!
Yanvar 1980