Sevgi notları

Sən düşünəndə, səni ananda,
Oyanır qəlbimdə ülvi duyğular.
Eşqin atəşində oda yananda,
Blirəm, hər qəlbin öz sevdası var.

Adına nəğmələr yazıram bu gün,
Onlar əbədidir, biz gəldi-gedər.
Gör nələr, gör nələr yazıram bu gün,
Sevgisiz bu dünya hədərdir, hədər.

Zaman öz işində, öz gərdişində,
Təmiz məhəbbətin yaşadır məni.
Şair də ömr edir söz gərdişində,
Gəl üzə vurmayaq olub-keçəni.

Həyat yollarında izimiz qoşa,
Qəlbimdə sən varsan, demək varam mən.
Bir vuraq bu ömrü, bir vuraq başa,
Səni vəsf eləyən nəğməkaram mən!

21 iyun 1998