Ayrılıq

Çoxdandı görmürəm gülər üzünü,
Könlümün rübabı ötməyir sənsiz.
Bir də eşidəydim şirin sözünü,
Gəl dinlə, gör qəlbim nə deyir sənsiz?

Səfərə çıxmışam, bir gör hardayam?
Gülüm, ayrı salıb bu yollar bizi.
Mən səndən, Vətəndən uzaqlardayam,
Vallah üzəcəkdir intizar bizi.

Eşqin, həsrətinlə döyünür ürək,
Gecə də, gündüz də xəyalımdasan.
Həsrətdən gah susur, gah dinir ürək,
Bizi ayrılıqla sınayır zaman.

Çoxdandı görmürəm gülər üzünü,
Könlümün rübabı ötməyir sənsiz.
Bir də eşidəydim şirin sözünü,
Gəl dinlə, gör qəlbim nə deyir sənsiz?

İyun 1983-cü il
Almaniya, Berlin.