İftixarımsan

Ad günündür, mübarək,
Şad günündür, mübarək,
Köksümə sığmır ürək,
İftixarımsan mənim.

Qismətimə çıxan sən,
Şimşək kiai çaxan sən,
Yandıran sən, yaxan sən,
İlk baharımsan mənim.

El içindən seçmişəm,
Eşqinə and içmişəm,
Ürəyinə köçmüşəm,
Vəfadarımsan mənim.

Yanında olum gərək,
Şadlanım, gülüm gərək,
Qədrini bilim gərək,
Öz nigarımsan mənim.

Yadda qalacan buy az,
Səni sevməmək olmaz,
Əli Vəkil, nəğmə yaz,
Sadiq yarımsan mənim.

12 yanvar 1996