Ürəyimdə isti yerin,
Qoy olmasın dərdi-sərin,
Bacısısan mələklərin –
Gülüm, məndən gendə gəzmə.
Gül çöhrəni anıram mən,
Səni doğma sanıram mən,
Həsrətindən yanıram mən,
Gülüm, məndən gendə gəzmə.
Nə duzlusan, məzəlisən,
Odlara yan, məzəlisən,
Bizim elin gözəlisən,
Gülüm, məndən gendə gəzmə.
Arzulayır ürək səni,
Gülər üzlü görək səni,
Qəlbdən sevəm gərək səni,
Gülüm, məndən gendə gəzmə.
Əli Vəkil sözə möhtac,
Həm də gülər üzə möhtac,
Qaynar, qara gözə möhtac,
Gülüm, məndən gendə gəzmə.
Rusiya, İvanovo şəhəri
8 iyul 2002