Qəlbimdə var köz, sevgilim,
Gəl eləmə naz, sevgilim,
Sən desən də döz, sevgilim,
Dözə bilmirəm-bilmirəm.
Yelə vermə sən illər,
Barı dinlə bülbülləri,
Bağçanızdan mən gülləri
Üzə bilmirəm-bilmirəm.
Neyləyirsən mənsiz, gülüm,
İtdin səssiz, ünsüz, gülüm,
Bağ-bağçanı sənsiz, gülüm
Gəzə bilmirəm-bilmirəm.
Uzağa getsən gözümdən,
Aman, düşmə gen gözümdən,
Sənə layiq nəğməni mən
Yaza bilmirəm-bilmirəm.
Əli Vəkil intizarda,
Neyləsin şaxtada, qarda,
Sənsiz dərin dəryalarda
Üzə bilmirəm-bilmirəm.
29 yanvar 2003