Dönübdür

Ay gözəl, qarşıma çıxdığın gündən,
Şimşəktək qəlbimdə çaxdığın gündən,
Könlümü odlara yaxdığın gündən,
Hər anım lap aya, ilə dönübdür.

Sən ki, gözəlliyin tacısan, tacı,
Ülvisən, Günəşlə bacısan, bacı,
Mənəm saf eşqinin, mənəm möhtacı,
Qəlbimdə göz yaşım selə dönübdür.

Yaman bağlamısan cahana məni,
Arxanca çəkirsən hayana məni?
Əgər dönük çıxsam hey yana məni,
Eşqin rübabımda telə dönübdür.

4 aprel 1977