Uzaq bir diyara uçursan bu gün,
Yaxşı yol, ay gülüm, yaxşı yol sənə.
Dolubdur gözlərin, tutqundur üzün,
Yaxşı yol, ay gülüm, yaxşı yol sənə.
Harda olsan, təki bizi unutma,
Dön geri gəl, yolu, izi unutma,
Vədini, verdiyin sözü unutma,
Yaxşı yol, ay gülüm, yaxşı yol sənə.
Cəhd elə ki, çıxmayaq biz yadından,
Salam apar sən bu elin adından,
Gur ocaq çat ürəyinin odundan,
Yaxşı yol, ay gülüm, yaxşı yol sənə.
Getdiyin yer oyuq diyar-şimaldı,
Bir nemətdir orada qar-şimaldı,
Ürəyində od-atəş var, şimaldı,
Yaxşı yol, ay gülüm, yaxşı yol sənə.
Bakımızı unut mazsan heç zaman,
Ürəyini isidəcək hər bir an,
Yad elə sən doğmaları uzaqdan,
Yaxşı yol, ay gülüm, yaxşı yol sənə.
Torpağımdan atəş apar, od apar,
Azərbaycan – unudulmaz ad apar,
Odlar ölkəsidir bu doğma diyar,
Yaxşı yol, ay gülüm, yaxşı yol sənə.
15 sentyabr 2000