Nə yaxşı qarşıma çıxdın, əzizim,
Ömür-gün yoldaşım ol, dedim sənə.
Şimşək tək qəlbimdə çaxdın, əzizim,
Həmdəmim, sirdaşım ol, dedim sənə.
Davranışın, söz-söhbətin nə gözəl,
Mərifətin, xoş sifətin nə gözəl,
Dərin ağlın, xasiyyətin nə gözəl,
Könül rübabımı çal, dedim sənə.
Azı da, çoxu da qəbul eylədin,
Varı da, yoxu da qəbul eylədin,
Ürəyindən keçənləri söylədin,
Mənimlə xəyala dal, dedim sənə.
Ortaqsan qayğıma, dərdi-sərimə,
Təntimərik, əl açmarıq heç kimə,
Birgə sinə gərək kədərə, qəm,
Eşqin zirvəsində qal, dedim sənə.
İlham pərisisən Əli Vəkilin,
Yolunda duman, çən Əli Vəkilin,
Tutmusan əlindən Əli Vəkilin,
Əzizlə, könlunu al, dedim sənə.
12 iyul 2002