Ayrılmışıq gör haçandan?
Bu, bir məhəbbət sınağı.
Hər həsrətə dözmür insan,
Bu, bir məhəbbət sınağı.
Hixrana da dözmək gərək,
Qoy sınaqdan çıxsın ürək,
Səninlə bir ömür sürək,
Bu, bir məhəbbət sınağı.
Ürək də kövrəlir yaman,
Odur ha alışan, yanan,
Gecə-gündüz səni anan,
Bu, bir məhəbbət sınağı.
Bir sıxaydım əllərini,
Oxşayaydım tellərini,
Verəydim tər güllərini,
Bu, bir məhəbbət sınağı.
Əli Vəkil sənə qurban,
Qara gözlərinə qurban,
Olsun dönə-dönə qurban,
Bu, bir məhəbbət sınağı.
20 sentyabr 2000