Niyə baxdın?

Küçəmizdə yenə də
Snəinlə qarşılaşdım.
Özüm də hiss etmədən
Bilmirəm niyə çaşdım?

Mənə elə gəldi ki,
Burdan günəş ötüşdü.
Onun şəfəqlərindən
Qəlbimə çınqı düşdü.

Gözlərini düşünüb,
Baxışını anıram.
O atəşlə isinir,
O atəşlə yanıram!

2 dekabr 1974