Qəfildən zəngini eşidəndə mən
Sevincdən ürəyim çırpındı yaman.
Nə zaman doymuşam həzin səsindən,
Süzgün baxışından, gül camalından?
Dedin gözlə məni, gəlirəm indi,
Yubanma gözəlim, gəl, sənə qurban.
Könlümü oxşayan tanış səsindi,
Danış telefonda dilinə qurban.
Biz ayrı düşmüşük bir gör haçandan?
Qonağım olmusan yuxularımda.
Gül üzün günəşdir, gözlərinsə dan,
Sənsən dövlətim də, sənsən varım da.
Bu günü unutmaq çətindir, çətin,
Əbədi qalacaq yaddaşımda bil.
Qəlbimi isidir saf məhəbbətin,
Eşqimi tufanlar söndürə bilməz.
Gəl gülüm, var olsun qoy qədəmlərin,
İlk eşqin odunu götür özünlə.
Sevda ümmanımız dərindən dərin,
Qəlbimə məlhəm ol şirin sözünlə.
Mart 1996