Bu qızın

Hansı gündə doğulubdur anadan,
Özütək şirindir sözü bu qızın.
Bu necə məxluqdur, bu necə insan?
Qoy özu söyləsinə, özü bu qızın.

Ətirli bir güldür, dərəsən, Allah,
Yolunda ömrünü verəsən, Allah,
Nə gündə yaranıb görəsən, Allah?
Oxlayır qəlbini gözü bu qızın.

Kşqin sınağına tablaş, döz görüm,
Mənalı gülüşdən baş aç, döz grüm,
Şamın dövrəsindən gəl qaç, döz görüm,
Gözəldi ədası, nazı bu qızın.

Sinəsi eşq ilə doludur, dolu,
Bir dəli sevdanın quoudur, qulu,
Sədaqət seçdiyi yoludur, yolu,
Sönməz ürəyinin közü bu qızın.

Qəlbində yaşatsın bir el oğlunu,
Ürəkdən bəyənsin, qoy sevsin onu,
Səadət, xoşbəxtlik bu eşqin sonu,
Günəşi andırır üzü bu qızın.

1985