Var dedi

Dedim, ay qız, könlüm heyrandı sənə,
Bu sözlərin nə mənası var, – dedi.
Dedim, gözəl, mənə cavab versənə,
Ürəyinin təmənnası var? – dedi.

Dedim, ay qız, bir qız bir oğlanındı,
Səni gördüm qəlbim odlara yandı.
Gəl sındırma ürəyim, amandı,
Özün üçün özgə yar axtar, – dedi.

Dedim, gülüm, məni yoldan eylədin,
Açıq danış, məqsədini söylə, din,
Aşiqini barı xoşbəxt eylə, din,
Dönüb mənə: – axtaran tapar, – dedi.

Dedim, sonam, artıq səbrim tükəndi,
Sevirəm de, qoşa gəzək biz indi.
Köksüm altda çırpan ürək sənindi,
Özün üçün başqa yar axtar, – dedi.

Dedim, ay qız, qoy gül açsın eşqimiz,
Gəl sevinək, əhdi-peyman edək biz,
Söylə sizə haçan gəlsin elçimiz,
Gecikmisən, öz gözaltım var, – dedi.

İyun 1960