Tanrım səni gör nə gözəl yaradıb,
Gül üzlüsən, güldən əzəl yaradıb.
Sev məni, əbədi yanımda qal sən,
Sevdalı könlümün soltanı ol sən.
Neyləyim, əlimdən nə gəlir, söylə?
Doğma ol, dərdimə bir çarə söylə.
Aşiqəm, həyatda bəd niyyətim yox,
Ülvi məhəbbətdə xəyanətim yox.
Sənsiz neyləyirəm bu dünyanı mən?
Dastanlar yazaram gözəlliyindən.
Qarşıma çıxmısan, daha nə dərdim,
Könlümün bağından bu şeiri dərdim.
Tanrım səni gör nə gözəl yaradıb,
Gül üzlüsən, güldən əzəl yaradıb.
Rusiya. İvanovo şəhəri.
12 iyul 2002