Enməyir sənsiz…

Haçandan görmürəm gülər üzünü,
Könlümün rübabı dinməyir sənsiz.
Bir də eşidəydim şirin sözünü,
Xəyalım göylərdən enməyir sənsiz.

Səfərə çıxmışam, bir gör hardayam?
Sarsıda bilərmi intizar bizi?
Arada yollar var, uzaqlardayam,
Ayrılıq sınayır iradəmizi.

Eşqin, həsrətinlə döyünür qəlbim,
Gecə də, gündüz də xəyalımdasan.
Səninlə fəxr edir, öyünür qəlbim,
Namərdddir həyatda əhdini danan.

Haçandan görmürəm gülər üzünü,
Könlümün rübabı dinməyir sənsiz.
Bir də eşidəydim şirin sözünü,
Xəyalım göylərdən enməyir sənsiz.

1985