Narazı deyiləm mən bu gecədən,
Sübhəcən ulduzlar həmdəmim oldu.
Tamam uzaq idim hər əyləncədən,
Nə zərrə kədərim, nə qəmim oldu.
Narazı deyiləm mən bu gecədən,
Qəlbimin hir simi bir hava çaldı.
Özüm də bilmirəm, bilmirəm nədən?
Könlüm bu gecədən min ilham aldı.
Axı, necə dyum mən bu gecədən?
Biz ki, üz-üzəydik, sən gəlmiş idin.
Gecə aylı, gecə uzun, gecə şən,
Vallah göz-gözəydik, sən gəlmiş idin.
Söhbət açacağam mən bu gecədən,
Fərəhdən bülbültək ötmək istədim.
Baş alıb uçmuşdu yuxu gecədən,
Xəyalın ardınca getmək istədim.
Bu gecə sən məim qonağım idin,
Hər yan qərq olmuşdu bahar ətrinə.
Deyirdim heykəltək nə danış, nə din,
Susdurum çayları sənin xətrinə.
Gülüm, sən gəlmisən, özgə nə lazım?
Ürəklər danışsın, gözlər danışsın.
Ay mənim çiçəkli baharım, yazım,
Qoşa saldığımız izlər danışsın.
Ayrıla bilmirdim mən bu gecədən,
Bizi görüşdürdü yuxularda o.
Bir gün oxuyanda sən bu şeirimi,
Bil ki, yazılıbdır uzaqlarda o!
Peredelkino
1983