Qəlbi təmizdən təmiz,
İncədən-incə gözəl.
Eşqi dalğalı dəniz,
İncədən incə-gözəl.
Mələklərə bacısan,
Məhəbbətin tacısan,
Sədaqətin tacısan,
İncədən incə-gözəl.
Üzündə qəlbin nuru,
Ürəkdə eşqin qoru,
Qoru, əhdini qoru,
İncədən incə-gözəl.
Sözdən ilham alırsan,
Xəyallara dalırsan,
Ürəyə od salırsan,
İncədən incə-gözəl.
Əli Vəkil, yaz yenə,
Gərəyindir söz yenə,
Baxmaq olmur gözünə,
İncədən incə-gözəl.
12 iyul 2002
Rusiya, İvanovo şəhəri