Yazmasam olmur

Səni sevən bəxtəvərdi dünyada,
Hər bir dərddən bixəbərdi dünyada,
Ən ətirli gülü dərdi dünyada,
Qəlbimdən keçəni yazmasam olmur.

Aşiqlərin qayğısı var, dərdi var,
İnsanların namərdi var, mərdi var,
Satqınlara, dönüklərə olsun ar,
Qəlbimdən keçəni yazmasam olmur.

Təmiz sevgi varsa bəs daş-qaş nədir?
Ürəkdə həyəcan, ya təlaş nədir?
Məhəbbətdə şan-şöhrət nə, yaş nədir?
Qəlbimdən keçəni yazmasam olmur.

Ürəkdə həm sevinc, həm də eədər var,
Sevənlərin arzuları çin olar,
Xoş hisslərdən yeni nəğmə doğular,
Qəlbimdən keçəni yazmasam olmur.

Nəyə lazım söz ürəkdə qalarsa,
Odlanarsan, köz ürəkdə qalarsa,
Əli Vəkil, döz, ürəkdə qalarsa,
Qəlbimdən keçəni yazmasam olmur.

16 iyul 2002