Qüvvətdir qollara, işıqdır gözə,
Dayaqdır insana, taqətdir dizə,
Tanrım, çox görmədin heç zaman bizə,
Dünyada ən əziz nemətdir çörək!
Biz ona and içdik ən çətin anda,
Əkib-becərmişik dağda, aranda,
Tox olsan azmazsan qarda, borand,
Namusdur, qeyrətdir, ismətdir çörək!
«Çörək bol olarsa, basılmaz Vətən»:
Düşmənə əyilməz, sarsılmaz Vətən,
Qoruyar özünü, qul olmaz Vətən,
Yenilməz ordudur, qüdrətdir çörək!
Əzizdir o bizə ana südütək,
Ətrini çörəkdən alıb gül-çiçək,
Düşünən beyindir, döyünən ürək,
Ömrün mənasıdır, hikmədir çörək!
Əməkçi inrsanlar əkəp, becərər,
Tarlada nazını çəkər, becərər,
Alnından isti tər tökər, becərər,
Əlin qabarıdır, zəhmətdir çörək!
İyul 1991