İşıq

Gecədir, qaranlıq, zülmət bir gecə,
Yatıbdır çiçəklər, tərpənmir yarpaq.
Küoək də yuxuya gedib səssizcə,
Yatırdıb aləmi ba ana torpaq.

Səmanın üzünü bürüyüb bulud,
Göydə nə bir ulduz, nə ay görsənir.
Hər tərəf düzənlik, qalmayıb ümid,
Nə dərə seçilğir, nə çay görsənir.

Uzaqdan bir işıq süzülür gecə,
İşıq ümid demək, arzu deməkdir.
İşıq qida verir gözlərimizə,
İşıq var, ümid də sönməyəcəkdir.

İşıqlı istəkdir, ocaqdır işıq,
Həmişə işığa can atıb iinsan.
Göz açıb işıqla qidalanmışıq,
Yalnız yarasadır işıqdan qorxan.

İşıqlı arzular yaşadır bizi,
Onsuz bu kainat zülmətə dönər.
Qəm-kədər çuğlayar ürəyimizi,
Sevgi ümidini itirsən əgər.

Yanır qəlbimizdə əbədi işıq,
Yanır qəlbimizdə sevgi günəşi.
Eşqsiz, sevgisiz yaşamamışıq,
Sevmişik, sevirirk odu, atəşi.

İşıq olmasaydı deyirəm bəlkə,
Göz açıb dünyaya gəlməzdi insan.
Zülmətdən yaranıb kədər, qəm bəlkə,
Günəşsiz şadlanıb, gülməzdi inan

1985