İki yolçu gedirdi,
Gedirdi bir mənzilə.
Ürək birgə vururdu,
Ürək gəlirdi dilə.
Birisi yollanırdı
Pulun, varın dalınca.
O biri də nəğmənin,
Misraların dalınca.
Ömür əbədi deyil,
Son sözü zaman deyir.
Ədalətdi hakimdir,
Verməyb aman, deyir:
«Var-dövlət əl çirkidir,
Ya az olsun, ya da çox!
Sənət-nəğmə əbədi,
Nəğmələrə ölüm yox!»
Pidsunda.
27 oktyabr 1987