Ürəkdən bahara vurulur insan,
Çiçəkli dağlara vurulur insan,
Sərin yaylaqlara vurulur insan,
Əbədi məhəbbət, söz mənim olsun.
Qəm üstündə ötən könlüm susmasın,
Gah kədərli, gah şən könlüm susmasın,
Vətən! – deyir, Vətən! – könlüm susmasın,
Zirvəyə uzanan iz mənim olsun.
Ürəyimi köklə bir də, çal bir də,
Dərdim çoxdur, gəl könlümü al bir də,
Torpağını itirməsin el bir də,
Yada qalan tarla, düz mənim olsun.
Hakim olub, ayaq açıb yalan, şər,
Böhtançıyla birgə yaşa dolan şər,
Ərənlərə, mərdə qənim oan şər,
Doğruya zaval yox, düz mənim olsun.
Əqidə zirvəmdən enmərəm inan,
Sözümdən, əhdimdən dönmərəm, inan,
Mən odlar oğluyam, sönmərəm inan,
Dədəm Qorqud çalan saz mənim olsun.
5 yanvar 2000