Alma

Payız gəlibdir artıq,
Bağda yetişib alma.
Qopub budaqlarından
Torpağa düşüb alma.

Bir üzü qıpqırmızı,
Bir üzü sapsarıdır.
Almaları saxlayan
Möhkəm budaqlarıdır.

Alma ağacı böyük,
Alma ağacı uca.
Aytən ağacın altda
Alma yedi doyunca.

Üz tutub nənəsinə
Suallar verdi Aytən.
Almalardan birisi
Başına düşdü birdən.

– Almanı budağından
Kim qopardı, ay nənə?
Mən ağaca neylədim,
Məni vurdu, ay nənə?

– Kəndimizdə qonaqsan,
Duydu, gördü bu ağac.
Ən böyük bir almanı
Töhfə verdi bu ağac.

8 avqust 1985
Pidsunda