Maral inək

Axşamdır, maral inək
Evə dönür naxırdan.
Buzovu xəbər tutur
İnək mələyən zaman.

Örüşdə bulaqların
Gözündən içib gəlir.
Yelini südlə dolu,
Uzun yol keçib gəlir.

Nənə yuyur əlini,
İnəyi sağmaq gərək.
Könlünü almalısan,
Şirin sözlər deyərək.

Buzovu anasının
Ayağına bağlayır.
İnəyi sağanadək
Onu uzaq saxlayır.

İnək sakit dayanıb,
Yalayır buzovunu.
Vedrə dolur süd ilə,
Nənə sağdıqca onu.

Sonra da isti süddən
Bir az bişirir nənə.
İçirir qonaq gələn
Mehriban nəvəsinə.

İlkin dyir dadlıdır
Südü Maral inəyin.
– Nənə, onu saxlayın,
Heç kimsəyə verməyin.

8 avqust 1985
Pidsunda