Qoyunlar harda qalır?
Sürü nədir, ata can?
Kimlər gedir yaylağa,
Kimə deyirlər çoban?
Qoyundan sürü olur,
Sürünü bəslər çoban.
Çobanlar ayrılmayır
Yamaclardan, yaylaqdan.
Sürülərin yanında
Zalım itlər də olur.
Sürünü canavardan
Həmin itlər qoruyur.
Yamaclara, dağlara
Yayılanda sürülər.
Bu an çoban tütəyi
Astadan dilə gələr.
Hər peşə qiymətlidir,
Yadda saxla bu usən.
Oğlum, hər bir sənəti
Gərək qəlbdən sevəsən.
10 avqust 1985
Pidsunda