Anasıyla avtobusda
Yol gedirdi bu gün Maya.
Yorulmuşdu pəncərədən
Ağacları saya-saya.
Dərələrdən uzanan yol
Burularaq çatdı çaya.
Zümzüməylə axırdı çay
Sahilləri yuya-yuya.
Qaş qaraldı, axşam düşdü,
Yorulmuşdu dəcəl Maya.
Dönüb baxdı sağa, sola,
Gah ulduza, göy Səmaya.
Baxışları ulduzlarda
Elə bildi çatdı Aya.
Sığınaraq anasına
Mışıl-mışıl yatdı Maya.
10 avqust 1985