Sahil daşları

Rizvan atası ilə
Çimərliyə gəlibdir.
Yayın isti günündə
Çimi – deyə gəlibdir.

Sahildəki daşlardan
Seçib yığır bir yerə.
Evcik qurur həvəslə,
Atasına göstərə.

– Görürsənmi, ay ata,
Hələ bir bax daşlara.
Kim belə hamarlayıb,
Sığal çəkib daşlara?

– Dalğalar bu daşları
Hamarlayıb, ay oğul.
Hamısını sahilə
Dalğa yayıb, ay oğul.

Ay ata, dalğaların
Əlləri var daş yona?
Onları kim səpib
Hər tərəfə, hər yana?

– Bu daşları dalğalar
Hey sürtüb bir-birinə.
Dalğa atıb sahilə
Qovaraq dönə-dönə.

Dalğalar çox güclüdür,
Dalğa dağı uçurar.
Böyük gəmiləri də
Dənizlərdə batırar.

12 avqust 1985
Pidsunda