Şirin-şirin yatır hələ,
Ana qəlbi gəlir dilə:
– Çoxdan dönüb gün, ay bala,
Sən də oyan, Günay bala.
Yatağından durub yenə
Baxmır səhər yeməyinə.
– Şıltaq olma sən, ay bala,
Doyunca ye, Günay bala.
Açılmayır qaş-qabağı,
Heç qaymayır gül dodağı.
– Susma, yenə din, ay bala,
Nədən küsdün, Günay bala?
Yoxdur onun heç günahı,
Evlərində təkdir axı.
Gəlib çatar, gün, ay bala,
Sənə qardaş, bacı gələr
Tək qalmazsan, Günay bala.
15 avqust 1985