Bağlarından
Gül yığırdı
Nərgiz bu gün.
Elə bil ki,
Darıxıbdır
Güllər üçün.
Ehtiyatla
Qoparır o
Qızılgülün
Yaxşısından.
Həm ağından,
Sarısından.
Qərənfilin
Yaxşısından.
Belə güllər
Heç bir yerdə
Yoxdur, inan.
Bilirsiniz
Bu qız yığan,
Gülərüzlü
Nərgiz yığan
Bu tər güllər
Nə uçundur?
Axı bu gün
Nənəsinin
Ad günüdür.
14 avqust 1985
Pidsunda