Var­mış

Şa­ir­lə­rin bu dün­ya­da
Ha­mı­dan çox sö­zü var­mış.
Tor­paq de­yə, Və­tən de­yə
Qəm gö­lün­də bo­ğu­la­mış.

Xo­ca­lı­nın fa­ciə­si,
Bir ana­nın na­lə sə­si,
Bül­bü­lün qəm­li öt­mə­si
Şa­ir üçün dərd olar­mış.

Var-döv­lət­də gö­zü ol­maz,
El­dən giz­li sö­zü ol­maz.
Heç özün­dən ra­zı ol­maz
Dərd­dən nəğ­mə do­ğu­lar­mış.

Qaç­maz şöh­rət, şan da­lın­ca,
Su­sar o, fik­rə da­lın­ca,
Söz­lə ürə­yi do­lun­ca,
Əli­nə qə­ləm alar­mış.

Əli­nin şe­ir dün­ya­sı,
Şai­rin şa­ir dün­ya­sı,
Ürə­yin­də sirr dün­ya­sı,
Tan­rı özü ona yar­mış.

17 iyul 2002