Ay düşünüb bir qədər Belə dedi Günəşə: – Dostum, dinlə bir məni, Diqqət elə bu işə. – Qüdrətin yox mənimtək Nur yayasan gecə sən. Bilmədi ki, özü də İşıq alır Günəşdən.