Metroda

Burda yorulmur insan,
Yeriyir pilləkənlər,
Ağıllı əmilərdir
Bu metronu tikənlər.

Atasından metroda
Xəbər aldı Yasəmən:
– Evimizdə bəs niyə
Qalxıb-enmir pilləkən?