Evdə hər şeyi
Seyr etdi Zöhrə.
Dedi: – Ay nənə,
Nəyə gərəkdir
Axı, bu cəhrə?
– Qulaq as mənə,
Qulaq, as qızım.
Mənim ağıllım,
Mehriban quzum.
Yazda qoyunun
Qırxılır yunu.
Sonra yaxşıca
Yuyuram onu.
Bu daraq ilə
Darayıram mən.
Sən ki, bilirsən
İşsiz qalmağı
Sevməyir nənən.
Sonra əlimlə
İşləyir cəhrə,
Əyirilir yun.
Siz də tez olun,
Həmin bu ipdən
Əlcək toxuyun!
Açıldı eyni,
Sevindi Zöhrə.
Dedi: «Hər evə,
Hər bir nənəyə
Lazımdı cəhrə!»