Top

Atam alıbdır,
Təzə topum var.
Mənə həsədlə
Baxır uşaqlar.

Qəfildən düşdü
Topum əlimdən.
Hellənib getdi,
Çatammadım mən.

Hop-hop, – söylədim,
Məni anlayıb
Düşmədi başa.

Ona görə də
Axırda gedib
Toxundu daşa.