Əkiz qardaşlar

Adları Afis, Vasif,
Bir evdə bir cüt oğlan.
Ekizdir bu qardaşlar,
Bir doğulub anadan.

Təyin etmək çətindir,
Hansı birinci olub.
Onların hər ikisi
Evdə bir inci olub.

Baxanlar dərhal deyər:
– İkicə damla sudur.
Ananın vuran qəlbi,
Atanın arzusudur.

Bacarırsan gəl tanı,
Bunun hansı Asifdir?
Asif tanıdığımız
Bəlkə elə Vasifdir?

Bəlkə elə Asifə
Atası Vasif deyir?
Tay-dəyşik salıb hərdən
Vasifə Asif deyir?

Qardaşlar bir almadır,
İkiyə bölünüblər.
Bəlkə göyərçindilər,
Göydən qoşa eniblər?

Diqqət ilə baxın bir,
Eynidir üzləri də.
Saçları bir rəngdədir,
Eynidir gözləri də.

Hər ikisi bir gülür,
Birgə də ağlayırlar.
Ata da əikzlərə
Hər nə alsa cüt alar.

Körpədir bu uşaqlar,
Onlar heç kəsdə qalmır.
Yalnız ana dəqiqdir,
Yalnız ana səhv salmır.