Seçə bilməyir
Qızları nənə.
Hər çağıranda
Səhv edir yenə.
– Bahar, gəl, – deyir,
Səs verir Gülnar.
– Gülnar, hardasan?
Dillənir Bahar.
Əvvəd çağırsa
Əgər Baharı,
Tez küsər Gülnar
İlk haraylasa,
Nənə Gülnarı
İnciyər Bahar.
Bir dəfə nənə
Dedi, ay qızlar,
Yanım gəlin,
Vacib sözüm var.
Sizdən hansınız
İlk doğulubsa
Gərək birinci
Çağıram onu.
Unutmayın siz
Heç zaman bunu.
Bahar söylədi:
– İlk mən olmuşam.
Gülnar tez dedi:
– Anam deyir ki,
Bahardan əvvəl
Mən doğulmuşam.
Nənə gördü ki,
Çox çətin işdir
Əkiz qızların
Könlünü almaq.
Əlacsız qalıb
Dedi: – Balalar,
İndisə şərtim
Belədir ancaq.
Yadda saxlayın,
Unutmayın siz.
Pozulmasın qoy
Bizim şərtimiz.
Hər gün biriniz
Birinci olun.
Ötüşsün günlər,
Beləcə qoşa
Siz yaşa dolun.
– Çox yaxşı, nənə,
Qurbanam sənə.
Söylədi Bahar.
Qoy mənim adım
Birinci olsun.
Qızın sözünü
Yarımçıq qoydu
Bacısı Gülnar:
– Mən dura-dura
Birinci səndən
Başlamaq olar?
– Yaxşı, eləsə
Gəlin püşk ataq.
Ay qızlar, şərtim
Belədir ancaq.
Mən bu düyməni
İki əlimdə
Gizlədəcəyəğ.
Kim onu tapsa,
Onun adını
İlk deyəcəyəm.
Qara düyməni
Tapanda Bahar.
Heç nə demədi,
Mat qaldı Gülnar.
– Bax, elə bu gün
Başlayıram mən.
Bu şərti pozan
Küssün özündən.
– Ay Bahar, Gülnar!
Sabahsa belə
Çağıracağam:
– Ay Gülnar, Bahar!
Təşəkkür etdi
Nənəyə onlar.
Daha küsmədi
Baharla Gülnar.