Təkə

Vüqarlıyam, məğruram,
Adım təkədir, təkə!
Saqqalım var bir qarış,
Buynuzlarım yepyekə!

Çıxmayıram sözündən
Məni çox sevir çoban.
Təhlükəni, qəzanı
Hiss edirəm qabaqdan.

Öndə addımlayıram,
Tanıyıram yolları,
Dərələri, dağları,
Cığırları, yalları!

Qrxub-çəkinməyirəm
Sıldırımdan, qayadan,
Sürüyə bələdçiyəm.
Arxada gələr çoban.

Yorulmuram, qorxmuram,
Soruşmayın, nəçiyəm?
Sürüyə yol göstərən,
Çobana köməkçiyəm!