Nərgiz yığır nərgizdən,
Lalə toplayır lalə.
Sevincin əlindəki
Güllərə bax sən hələ.
Uşaqlar dolaşdılar,
Hava istiydi yaman.
Sonra isə yuyunub
Su içdilər ovucnan.
Bulandırdı bulağı
İlqar ağacla birdən:
Uşaqlar qışqırdılar:
– Gör neylədin, İlqar, sən?
Su içmisən gözündən
Bulandırma sən onu.
Axı sonra nə üzlə
İçəcəksən suyunu?