Nənəsiylə bərabər Bağda gəzirdi Aytən. Almaladan birisi Başına düşdü birdən.
– Almanı budağından Kim qopardı, ay nənə? Ağac məni almayla Niyə vurdu, ay nənə?
– Qonaqsan kəndimizdə, Bunu bilir bu ağac. Aytənimi almaya Qonaq edir bu ağac.