Güney nədir, söylə sən,
Quzey nədir, babacan?
Bu sözləri mən kənddə
Eşidirəm hamıdan.
– Bax, bu yamac güneydir,
Günəşli yer deməkdir.
Qış da, yay da oranı
Günəş döyür deməkdir.
Güneyin tərsi isə
Quzey sözüdür, oğlum.
Gün döyməyən deməkdir!
Gün dəyməyən deməkdir!