Vəhşilər arasında Mənim də öz yerim var. Ac qurd deyərlər bəzən, Bıçaq tək dişlərim var.
Ac qalsam qarlı qışda İtləri də yeyərəm… Nə qədər qoyun qırsam, Yenə azdır, – deyərəm.