Ulaq

Gah minib, gah yükləyib
İllər boyu insanlar.
Zəhmətə alışmışam,
Həyatda üç adım var.

Tanıyıb ellər məni
Həm dözümlü, həm qoçaq.
Axı niyə adıma
Deyirlər uzunqulaq?