Ağlama

 

Göz yaşına gəlir yalnız gümanın?
Ağlama, ağlama, kövrəyim mənim.
Qayğılarla ötür sənin hər anın,
Ağlama, ağlama, kövrəyim mənim.

Söz deyirəm, ürəyinə toxunur,
Dərdi-sərin baxışından oxunur,
Hissin, həyəcanın üzünə qonur,
Ağlama, ağlama, kövrəyim mənim.

Hbnkürməyin, yaş tökməyin xeyri nə?
Dərd çəkirsən axı, nəyin xeyrinə?
Yenə də yalvarıb deyirəm sənə,
Ağlama, ağlama, kövrəyim mənim.

Kim kəşf edib ağlamağı, nə bilək?
Dərd olmaya ha şadlanaq, ha gülək,
Ha boşalır, dolur qəlbin buludtək,
Ağlama, ağlama, kövrəyim mənim.

Ağlayırsan, Əli Vəkil dözməyir,
Əsirindir heç vaxt səndən bezməyir,
Gəl qulaq as, gör ürəyim nə deyir?
Ağlama, ağlama, kövrəyim mənim.

28 sentyabr 2000