Xəyala dalmışam əlimdə qələm,
Yazammıram sənə layiq şeirimi.
Ürəyimə hakim olur qüssə-qəm,
Yazammıram sənə layiq şeirimi.
Tapammıram istədiyim sözləri,
Yadda saxla mən dediyim sözləri,
Heç bilmirəm necə deyim sözləri?
Yazammıram sənə layiq şeirimi.
Dönə-dönə söz açmışam eşqindən,
Qoruyuram ilqarı mən, əhdi mən,
İmtahandan çıxa biləm kaş ki, mən,
Yazammıram sənə layiq şeirimi.
Bəlkə gəlib sən tutasan əlimdən?
Onda sözlər axıb gələr dilimdən,
Köçübdür kağıza nələr dilimdən,
Yazammıram sənə layiq şeirimi.
Qoy bu nəğmə ilk bahardan doğulsun,
Ən səmimi duyğulardan doğulsun,
Üzümüzə güləndə dan, doğulsun,
Yazammıram sənə layiq şeirimi.
Söz dünyamı alıbdır çən, neyləyim?
Bu sınaqda gücsühəm mən, neyləyim?
Yoxsa düşüb qələm gücdən, neyləyim?
Yazammıram sənə layiq şeirimi.
3 oktyabr 2000