Bu gün bi­zə gəl­di­yi­ni kim bi­lə­cək, ağ­rın alım?

Bu gün bi­zə gəl­di­yi­ni kim bi­lə­cək, ağ­rın alım?
Sən sil­mə­sən göz ya­şı­mı kim si­lə­cək, ağ­rın alım?

Qa­pım tay­ba­tay açıq­dır, bu ev-eşik sə­ni göz­lər,
Sən də şad­la­nıb-gül­mə­sən, kim gü­lə­cək, ağ­rın alım?

Kim ki, sev­sə öz ya­rı­nı, sa­diq qal­ar il­qa­rı­na,
Ürək­lər­də yer ta­pa­caq, se­vi­lə­cək, ağ­rın alım.

Sə­nin nəğ­mən səs­lən­mə­sə, şə­ni­nə söz de­yil­mə­sə,
Yə­qin on­da qaş-qa­ba­ğın tö­kü­lə­cək, ağ­rın alım.

Həs­rət­lə sə­ni göz­lə­yən, əziz­lə­yib can de­yən var,
Əlvan gül­lə­r yol­la­rı­na sə­pi­lə­cək, ağ­rın alım.

Tə­miz eş­qin çi­çək açır, mə­həb­bə­tin ör­nək olub,
Sən sev­di­yin ye­ni gül­lər əki­lə­cək, ağ­rın alım.

Əli Və­kil, so­lan de­yil sə­nin bu söz gü­lüs­ta­nın,
Mən ve­rən gül baş­qa­sın­dan se­çi­lə­cək, ağ­rın alım!

21.08.2002