Yağılardan, cəlladlardan qisas alam mən gərək,
Zəngəzurda, Qarabağda zəfər çalam mən gərək.
Bəsdir dözdük, silahlanmaq, yuruş etmək şərəfdi,
Dalğalansın bayrağımız, «Cəngi» çalam mən gərək.
Qarı düşmən torpağımda at oynadır haçandan,
Bu vuruşda qalib gələm, yadda qalam mən gərək.
Məğlub olmaq yaraşmayır bizim Odlar yurduna,
Bu sınaqda istəyimə nail olam mən gərək.
Yağıları biçib töksün ər oğullar cəbhədə,
Qəzəbimdən nərə çəkib, haray salam mən gərək.
Vətən bizə arxalanır, Babəklərin nəsliyik,
Nifrətimdən bulud kimi dolam, dolam mən gərək.
Əli Vəkil, Göyçədədir doğmaların ruhları,
Babaların məzarını bulam, bulam mən gərək.
22 mart 2003