Beş-on misram, bir nəğməm, hər nəyim var – təsəlli

Beş-on misram, bir nəğməm, hər nəyim var – təsəlli,
Dağlarım çox bilir el, Kəpəz, Qoşqar – təsəlli.

Şeirə könül vermişəm, dolur-boşalır qəlbim,
Ürəyimdə yurd salan şən duyğular – təsəlli.

Gəlimli, gedimlidir əzəl gündən dünyamız,
Olmasa da bir sərvətim, vəfalı yar – təsəlli.

Seyr etdikcə yurdumu dönür dağa ürəyim,
Keçirdiyim bu hisslər, bu iftixar – təsəlli.

Qarı düşmən qudurub, azıbdır öz yolunu,
Yağılar Qarabağda olacaq xar – təsəlli.

Pay olmaz ki, torpaqdan, silahlanmaq gərəkdir,
Arzusuna millətim bir gün çatar – təsəlli.

Əli Vəkil ömrünü əsirgəməz elindən,
Süngü edib qələmi qisas alar – təsəlli.

11 avqust 2002