Ata, ana böyütməli övladı,
Fərli övlad doğruldacaq soyadı.
Qeyrətli oğullar sevib Vətəni,
Qoymasın yaxına yağını, yadı.
Dara düşsə doğma Vətən neyləsin?
Mərd övlada: oğlum, qızım söyləsin.
Qoruyaraq şöhrətini, şanını
Üz tutub: “Mən sənə qurbanam” – desin.
Dünyada anamın anası Vətən,
Hamının halına yanası Vətən.
Ana da müqəddəs, o da müqəddəs,
Dar gündə bizləri anası Vətən.
“Vətəni sevməyən insan olmaz” – bil,
“Olsa da o kəsdə vicdan olmaz” – bil.
Nə gözəl deyibdir gör ustad şair,
Bu sözlər yaddaşdan silinən deyil.
Becərdiyim güllərimi üzən yox,
O gülləri saçlarına düzən yox.
Nura qərq olacaq evim-eşiyim,
Amma hələ gəlib orda gəzən yox.
22 avqust 2002